Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2025
22:00

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər

07 may, 2025
22:00
923

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli “factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb.

Bizimlə əlaqə saxlayın