Keçmiş vəkil Elman Paşayevlə bağlı məhkəmə qərarı qanuni hesab edilib
sizinxeber.az xəbər saytı

Keçmiş vəkil Elman Paşayevlə bağlı məhkəmə qərarı qanuni hesab edilib


Moskvanın (Rusiya) İkinci Qərb Dairə Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda və dələduzluğa cəhddə ittiham olunan keçmiş vəkil Elman Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib.

“Report” xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda bildirilib.

"Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarı qanuni hesab edilsin", - hakim qərarı elan edib. Məhkəmə mart ayının ortalarında E.Paşayevin həbs müddətini mayın 15-dək uzadıb.

Məhkəmə iclasında E.Paşayev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Onun vəkilinin sözlərinə görə, təqsirləndirilən şəxsin 19 mükafatı var. Bundan başqa, o, həbs olunana qədər xidmət etdiyi hərbi hissə üçün təxminən 500 pilotsuz uçuş aparatı alıb.

Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti E.Paşayevin işi üzrə istintaqın başa çatdığını bildirib. O, RF Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi və 30-cu maddəsinin 3-cü hissəsi ilə (xüsusilə böyük məbləğdə dələduzluq və dələduzluğa cəhd) ittiham olunur.

Oxşar xəbərlər

Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev həbs edilib - YENİLƏNİB
Rusiya məhkəməsi azərbaycanlı keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb
Saxlanılan sabiq vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər