Aktauda multimodal habın yaradılması planlaşdırılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
fev
2025
12:30
0
0
1 196

Aktauda multimodal habın yaradılması planlaşdırılır

19 fev, 2025
12:30
1 196

Aktauda multimodal habın yaradılması planlaşdırılır

Qazaxıstanın Aktau şəhərində aviasiya, avtomobil, dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə yükdaşımaları təmin edəcək multimodal habın yaradılması planlaşdırılır.

“Sizinxeber.az”un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev hökumətin iclasında bildirib.

"Habın strukturunda təyyarələrin təmiri və xidmət göstərilməsi üçün texniki mərkəz, həmçinin mütəxəssislərin hazırlanması üçün tədris mərkəzi olacaq", - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, Qazaxıstanda aviasiya hablarının inkişafı və ölkənin hava limanlarında yük axınının artırılması üçün 6 hava limanı (Astana, Almatı, Şımkent, Aktobe, Karaqanda, Aktau) müəyyən edilib.

"Onların modernləşdirilməsi çərçivəsində infrastrukturun yenilənməsi və logistika proseslərinin sadələşdirilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi üçün 2,1 milyard ABŞ dolları məbləğində özəl investisiyanın cəlb edilməsi planlaşdırılır", - T.Lastayev bildirib.

Bizimlə əlaqə saxlayın