Macarıstan və Qazaxıstan yeni strateji layihələri müzakirə edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
fev
2025
11:00

Macarıstan və Qazaxıstan yeni strateji layihələri müzakirə edir

17 fev, 2025
11:00
820

Macarıstan və Qazaxıstan yeni strateji layihələri müzakirə edir

Macarıstanın xarici işlər naziri Peter Siyartonun Qazaxıstana səfəri başlayıb.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, o, yerli energetika naziri Almasadam Satkaliyev ilə enerji sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.

P.Siyarto görüş zamanı qeyd edib ki, Macarıstanın MOL şirkəti Qazaxıstan enerji bazarında böyük uğurlar əldə edib.

"Hazırda bu şirkət Qazaxıstanın ən əhəmiyyətli yataqlarından birində beş quyudan neft və təbii qaz hasil edir. Bu gün Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev ilə yeni strateji layihələri müzakirə edəcəyik", - P.Siyarto yazıb.

Səfər çərçivəsində artıq P.Siyarto ilə Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu arasında dar və geniş formatda danışıqlar keçirilib.

Bizimlə əlaqə saxlayın