Hindistanda baş nazirin təyyarəsinə hücum təhdidi ilə bağlı araşdırma aparılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
fev
2025
11:30

Hindistanda baş nazirin təyyarəsinə hücum təhdidi ilə bağlı araşdırma aparılır

12 fev, 2025
11:30
878

Hindistanda baş nazirin təyyarəsinə hücum təhdidi ilə bağlı araşdırma aparılır

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidi ilə bağlı daxil olan məlumatla əlaqədar araşdırma aparır.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Mumbay polisinə Modinin xarici səfərləri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi barədə xəbərdarlıq zəngi daxil olub. Alınan məlumatın "ciddi xarakter" daşıdığını bildirən polis araşdırmaya başlayıb.

Modi fevralın 10-dan Fransada səfərdədir. O, daha sonra ABŞ-yə gedəcək.

Bizimlə əlaqə saxlayın