Ankarada qadın iki azyaşlı övladını öldürüb, birinə isə ağır xəsarət yetirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
fev
2025
17:00

Ankarada qadın iki azyaşlı övladını öldürüb, birinə isə ağır xəsarət yetirib

10 fev, 2025
17:00
954

Ankarada qadın iki azyaşlı övladını öldürüb, birinə isə ağır xəsarət yetirib

Ankarada qadın iki azyaşlı övladının biləyini kəsərək öldürüb, birinə isə ağır xəsarət yetirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, ölən uşaqların 10 və 7, xəsarət alanın isə 12 yaşı olub.

Şəhərin Keçiören rayonunda baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəni törədən qadın saxlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın