Qazaxıstanda şəkər zavodu inşa ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
fev
2025
11:00
0
0
1 209

Qazaxıstanda şəkər zavodu inşa ediləcək

07 fev, 2025
11:00
1 209

Qazaxıstanda şəkər zavodu inşa ediləcək

Qazaxıstanın Atırau vilayətində 144 min ton gücündə şəkər zavodu tikiləcək.

“Sizinxeber.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Layihənin dəyəri 58 milyard tengedir (112,5 milyon ABŞ dolları).

Layihə daxili bazarda şəkərə olan tələbatın ödənilməsinə yönəlib. Bu həcmdə şəkər istehsalı üçün təxminən 900 min ton çuğundur və ya şəkər qamışı xammalı tələb olunacaq.

İnvestor artıq şəkər çuğunduru yetişdirməyə hazır olan Atırau şirkəti ilə danışıqlar aparıb. Həmçinin 200 iş yeri yaradılacaq.

Bizimlə əlaqə saxlayın