Türkiyənin BMT-dəki nümayəndəsi: Yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
sen
2024
09:00
0
0
1 434
ff aaaaaaa

Türkiyənin BMT-dəki nümayəndəsi: Yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır

25 sen, 2024
09:00
1 434

Türkiyənin BMT-dəki nümayəndəsi: Yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır

Nəyin bahasına olursa olsun, Ukraynadan keçən və uzunmüddətli qlobal qarşıdurma təhlükəsi yaradan yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır.

“Report” xəbər verir ki, bu sözləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız təşkilatın Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, eskalasiya təkcə Avropanı deyil, həm də qlobal sabitliyi təhdid edir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin indiyədək münaqişənin dayandırılması üçün gördüyü tədbirlər hələ ki, nəticə verməyib.

“Mövcud şəraitə baxmayaraq, münaqişənin hər iki tərəfini diplomatik yolu canlandırmaq üçün təşviq etmək vacibdir. Təəssüf ki, münaqişə üç ildir ki, davam edir və heç bir son perspektivi görünmür. Bundan əlavə, nəzarətsiz bir eskalasiya var”.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul