Sibiqa XİN rəhbərinin, Xmara isə müdafiə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib
Sibiqa XİN rəhbərinin, Xmara isə müdafiə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib
Ukrayna Nazirlər Kabineti Andrey Sibiqanı xarici işlər nazirinin, Yevgeni Xmaranı isə müdafiə nazirinin səlahiyyətlərini icra edən təyin edib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sergey Koretski məlumat verib.
"Prezidentlə razılaşdırılaraq hökumət Yevgeni Xmaranı müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən və Andrey Sibiqanı – xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən" təyin edib. Müdafiə və xarici siyasət sahələrində işin fasiləsizliyini qorumaq vacibdir", – o, sosial şəbəkələrdə bildirib.
Məlumata görə, iyulun 16-sı Ali Rada hökumətin yeni tərkibinə səs verib, lakin müdafiə və xarici işlər nazirləri təyin edilməmişdi. Prezident bu vəzifələrə öz namizədlərini irəli sürməmişdi.
