Yaşar Gülər: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
iy
2026
23:30
ff

Yaşar Gülər: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır

10 iy, 2026
23:30
142

Yaşar Gülər: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Universitetində keçirilən məzunların buraxılış mərasimində çıxışı zamanı ölkəsinin beynəlxalq nüfuzunun və təsir gücünün daha da artdığını bildirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, qoşun növlərinin komandanları və müdafiə nazirinin müavinləri iştirak ediblər.

Nazir bildirib ki, geosiyasi proseslər fonunda beynəlxalq sistemdə balans sürətlə dəyişir, müxtəlif regionlarda münaqişə və təhlükəsizlik böhranları davam edir.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə zəruri addımları qətiyyətlə atır.

Yaşar Gülər qeyd edib ki, Ankaranın böhranların həllində tutduğu konstruktiv mövqe, diplomatik təşəbbüsləri, humanitar yardımları və Silahlı Qüvvələrinin müxtəlif bölgələrdəki fəaliyyəti ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirib: "Bu həftə Türkiyənin ev sahibliyi etdiyi NATO Zirvəsi də bunun bariz nümunəsidir".

Nazir vurğulayıb ki, müasir ordunun əsas üstünlüyü yalnız texnologiya deyil, həm də peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə hərbi təhsilin və qərargah hazırlığının inkişafına xüsusi önəm verilir.

Bizimlə əlaqə saxlayın

×
×