Yaşar Güler: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Yaşar Güler: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Milli Müdafiə Universitetində keçirilən məzunların buraxılış mərasimində çıxışı zamanı ölkəsinin beynəlxalq nüfuzunun və təsir gücünün daha da artdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, qoşun növlərinin komandanları və müdafiə nazirinin müavinləri iştirak ediblər.
Nazir bildirib ki, geosiyasi proseslər fonunda beynəlxalq sistemdə balans sürətlə dəyişir, müxtəlif regionlarda münaqişə və təhlükəsizlik böhranları davam edir.
Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə zəruri addımları qətiyyətlə atır.
Yaşar Güler qeyd edib ki, Ankaranın böhranların həllində tutduğu konstruktiv mövqe, diplomatik təşəbbüsləri, humanitar yardımları və Silahlı Qüvvələrinin müxtəlif bölgələrdəki fəaliyyəti ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirib: "Bu həftə Türkiyənin ev sahibliyi etdiyi NATO Zirvəsi də bunun bariz nümunəsidir".
Nazir vurğulayıb ki, müasir ordunun əsas üstünlüyü yalnız texnologiya deyil, həm də peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə hərbi təhsilin və qərargah hazırlığının inkişafına xüsusi önəm verilir.
Millî Savunma Bakanı Yaşar Güler, Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan’ın teşrifleriyle Millî Savunma Üniversitesinde gerçekleşen 16’ncı Dönem Müşterek Komuta ve Kurmay Eğitimi ile 8’inci Dönem Kuvvet Harp Enstitüleri Komuta ve Kurmay Eğitimi Mezuniyet Töreni'nde konuştu.… pic.twitter.com/qRsjaQFpJM
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 10, 2026
