Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
iy
2026
09:00
ff

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib

10 iy, 2026
09:00
204

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib

İstanbulda cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda 18 şübhəli saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi mütəşəkkil cinayətkar qruplaşmaların ifşa edilməsi və şübhəlilərin yaxalanması istiqamətində tədbirlər görüb.

Quldurluq, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, silahlı hədə-qorxu, ümumi təhlükəsizliyin riskə atılması cinayətlərində iştirak edən şübhəlilərin şəxsiyyəti və ünvanları müəyyən edilib:

"Əməliyyat nəticəsində 18 şübhəli yaxalanıb.

Şübhəlilər rəsmiləşdirmə işləri üçün Polis İdarəsinə aparılıb".

Bizimlə əlaqə saxlayın

×
×