Media: İran yaxın dəqiqələrdə ABŞ-nin hərbi bazalarına hücum edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2026
01:30
ff

Media: İran yaxın dəqiqələrdə ABŞ-nin hərbi bazalarına hücum edəcək

09 iy, 2026
01:30
102

Media: İran yaxın dəqiqələrdə ABŞ-nin hərbi bazalarına hücum edəcək

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket və pilotsuz uçuş bölmələri yaxın dəqiqələrdə ABŞ-nin Yaxın Şərqdəki bazalarına genişmiqyaslı hücum edəcək.

"Report"un məlumatına görə, bu barədə "NourNews" hərbi mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin hücumu Buşehr Atom Elektrik Stansiyasına zərər verməyib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə İslam Respublikasındakı hədəflərə əlavə zərbələr endirildiyini bildirib.

Partlayışlar İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Buşehrin bəzi yerlərində qeydə alınıb.

"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, İranın cənubundakı Bəndər Abbas və Sirik şəhərlərində partlayış səsləri eşidilib.

Bu arada, "Mehr" xəbər agentliyi Bəndər Abbas ərazisində hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün İrana qarşı əlavə zərbələr endiriləcəyini istisna etməyib.

Bizimlə əlaqə saxlayın

×
×