Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə ilə Kanada arasında ticarət, təhlükəsizlik, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün işlərin davam etdirildiyi bildirilib.
Ərdoğan həmçinin Türkiyədə keçiriləcək NATO Liderlər Zirvəsinin müttəfiqlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini ifadə edib.
