Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib
Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirdiyi görüşdə İslamabad razılaşması ilə ABŞ və İran arasında əldə edilən atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə lideri "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, İslamabad razılaşması ilə əldə edilən atəşkəs beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Türkiyə Prezidenti bildirib ki, Ankara bölgədə gərginliyin azaldılmasına və problemlərin diplomatik yollarla həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.
"Türkiyə bölgədə dinindən, inancından asılı olmayaraq bütün insanların sülh, təhlükəsizlik şəraitində yaşamasının tərəfdarıdır və bu məqsədlə diplomatik səylərini davam etdirir", o bildirib və əlavə edib ki, Ankara bölgədə sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi istiqamətində Pakistan başda olmaqla, qardaş ölkələrlə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Görüşdə Türkiyə-Pakistan münasibətləri ilə yanaşı, regional və qlobal gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması hədəfinin bir daha təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, Türkiyə Pakistanla enerji, nəqliyyat, kritik minerallar və informasiya texnologiyaları sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
Ərdoğan qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olan müdafiə sənayesi sahəsində əlaqələr yeni layihələrlə inkişaf edir.
"Həyata keçirilən layihələrin Pakistanın potensialının güclənməsinə mühüm töhfə verəcəyinə inanıram", – Türkiyə Prezidenti vurğulayıb.
Daha əvvəl Ş. Şərif də Türkiyə səfəri ilə bağlı paylaşım edib.
Pakistan İslam Cumhuriyeti Başbakanı, kardeşim Sayın Şahbaz Şerif’i ve kıymetli heyeti İstanbul’da ağırlamaktan büyük memnuniyet duydum. 🇹🇷🇵🇰
— Recep Tayyip Erdoğan (@RTErdogan) July 4, 2026
Bugün yaptığımız görüşmelerde ikili ilişkilerimiz başta olmak üzere bölgesel ve küresel meseleler hakkında görüş teatisinde bulunduk.… pic.twitter.com/rxzYCQ3Kei
