Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
02:30
ff

Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib

03 iy, 2026
02:30
350

Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib

Rusiyanın Baş naziri Mixail Mişustin 2026-cı ilin sonuna qədər "Avro-3" standartları üzrə benzinin dövriyyəsinə icazə verən qərar imzalayıb.

"Report" xəbər verir ki, sənəd ölkənin rəsmi internet portalında dərc olunub.

Qərara əsasən, bəzi neft emalı zavodlarına tərkibində kükürdün miqdarına dair aşağı salınmış tələblərlə (hər kiloqram üçün 150 milliqramdan çox olmamaqla) avtomobil benzini dövriyyəyə buraxmağa icazə verilir.

"Qəbul edilən qərar mövcud tələbatı ödəmək üçün daxili bazara əlavə yanacaq həcmlərini yönəltməyə imkan verəcək", - Energetika Nazirliyindən bildirilib.

İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq qıtlığı barədə açıqlama verib, bununla belə, Rusiya lideri yanacaq çatışmazlığını "qeyri-kritik" adlandırıb.

Bizimlə əlaqə saxlayın

×
×