Hakan Fidan: Qafqazdakı sülh prosesində Rusiyanın mövqeyi Türkiyə üçün önəmlidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
02:00
ff

Hakan Fidan: Qafqazdakı sülh prosesində Rusiyanın mövqeyi Türkiyə üçün önəmlidir

03 iy, 2026
02:00
236

Hakan Fidan: Qafqazdakı sülh prosesində Rusiyanın mövqeyi Türkiyə üçün önəmlidir

Türkiyə üçün Qafqazda davam edən sülh prosesi də daxil olmaqla, bir sıra qlobal məsələlərdə Rusiyanın tutduğu mövqe önəmlidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu "CNN Türk" telekanalının canlı yayımında Türkiyənin xarici işlər naziri Hakan Fidan Ruisya Prezidenti Vladimir Putinlə görüşü barədə danışarkən deyib.

Qara dəniz, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın şərq və Afrikanın Türkiyə üçün mühüm coğrafiyalar olduğunu deyən Fidan sözügedən ərazilərdə ölkəsinin təsirli xarici, iqtisadi və təhlükəsizlik siyasəti olduğunu diqqətə çatdırıb.

"Putinlə görüşdə gündəmə gətirdiyim məsələr bunlardır: birinci, Ukraynadakı müharibədə Rusiyanın son mövqeyi nədir? İkinci, Qafqazda davam edən sülh prosesi və Rusiyanın burada tutduğu mövqe bizim üçün önəmlidir. Fələstin, Qəzza məsələsində tutduqları mövqe və nə düşündükləri önəmlidir", - nazir bildirib.

Xatırladaq ki, H. Fidan Rusiya–ASEAN sammiti çərçivəsində iyunun 17-də V. Putinlə görüşüb.

Bizimlə əlaqə saxlayın

×
×