Qalibaf: Rubio Fars körfəzi ölkələrini təxribata çəkmək istəyirdi
Qalibaf: Rubio Fars körfəzi ölkələrini təxribata çəkmək istəyirdi
İran hesab edir ki, ABŞ dövlət katibi Marko Rubionun Fars körfəzi ölkələrinə səfəri Vaşinqtonun Tehranla əldə etdiyi anlaşma memorandumuna qarşı olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.
"Rubio Fars körfəzi ölkələrini təxribata çəkmək istəyirdi", - o bildirib və əlavə edib ki, ABŞ ilə əldə olunan memorandum Livanın müstəqilliyini qoruyur.
İran parlamentinin sədrinin fikrincə, ABŞ dövlət katibi M. Rubio ilə vitse-prezident Cey Di Vensin siyasəti fərqlənir. Bu isə razılaşmaların icrasını çətinləşdirir: "Biz mütləq şəkildə memorandumun icrasını izləməliyik".
Onun fikrincə, razılaşmanın icrasına zəmanət BMT qətnaməsi yox, İranın güclü mövqeyidir.
