Türkiyəli nazir qaçqınların geri dönüşünü müzakirə etmək üçün Suriyaya gedir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2026
02:00
ff

Türkiyəli nazir qaçqınların geri dönüşünü müzakirə etmək üçün Suriyaya gedir

30 in, 2026
02:00
263

Türkiyəli nazir qaçqınların geri dönüşünü müzakirə etmək üçün Suriyaya gedir

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Suriyaya səfər edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, nazir səfər çərçivəsində suriyalı həmkarı ilə görüşəcək, burada fövqəladə halların idarə edilməsi ilə bağlı memorandum imzalanacaq.

M. Çiftçinin burada keçirəcəyi görüşlərdə əsas müzakirə mövzusunun mütəşəkkil cinayətkarlıq, narkotik alveri, qaçaqmalçılıq, sərhədlərin təhlükəsizliyi və suriyalı qaçqınların könüllü geri dönüşü olacağı qeyd edilib.

Səfərdə nazirin Suriya Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediləcəyi gözlənilir. Səfərin dəqiq tarixi açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

×
×