İranın Hindistandakı səfirliyi Marko Rubionun iddialarına cavab verib
sizinxeber.az xəbər saytı

İranın Hindistandakı səfirliyi Marko Rubionun iddialarına cavab verib


İran dünyanın ən böyük neft ixracatçısı kimi həmişə öz enerji resurslarını digər ölkələrə təqdim etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə İranın Hindistandakı səfirliyinin ABŞ-nin dövlət katibi Marko Rubionun Tehranın "dünya enerji bazarını girov saxladığı" barədə iddialarına cavab olaraq yaydığı press-relizdə deyilir.

"İranın Hindistandakı səfirliyi ABŞ dövlət katibinin son açıqlamalarını rədd edir və vurğulayır ki, bu cür iddialar reallığı təhrif etmək üçün açıq cəhddir. Dünyanın ən böyük neft və enerji daşıyıcıları ixracatçılarından biri olan İran, Hindistan da daxil olmaqla, öz enerji resurslarını bütün ölkələrin sərəncamına verməyə həmişə hazır olub", - bəyanatda vurğulanır.

Səfirlikdən qeyd edilib ki, dünya enerji bazarını son illər ABŞ-nin İran neftinin ixracına qarşı tətbiq etdiyi sanksiyalar girov saxlayıb. "İrana iqtisadi təzyiq göstərmək məqsədilə beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi pozulmaqla hazırlanıb tətbiq edilmiş sanksiyalar", - diplomatik nümayəndəlikdən əlavə edilib.

Həmçinin qeyd olunur ki, ABŞ və İsrailin Fars körfəzi regionundakı hərbi əməliyyatları Hörmüz boğazında dəniz təhlükəsizliyini, gəmiçiliyi pozur və təhlükə yaradır.

Oxşar xəbərlər

Tramp İranla sazişə tələsmədiyini bildirib
İran ABŞ müttəfiqlərinin Yaxın Şərqdə enerji infrastrukturunu tamamilə məhv etməklə hədələyir
ABŞ İranın neft ticarəti ilə əlaqəli olan 7 şirkətə yeni sanksiyalar tətbiq edib
Marko Rubio: İran raket ehtiyatlarının yarısını saxlayıb
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər