CXP-nin keçmiş rəhbərliyi partiyanın Ankaradakı qərargah binasından çıxarılıb
Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CXP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CXP-nin mərkəzi qərargahından çıxarılıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, ləğv edilmiş qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kemal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasını əngəlləyib.
Daha sonra Ankara vilayət administrasiyası polis əməkdaşlarını binaya girişin bərpa edilməsi barədə təlimatlandırıb. Nəticədə polislə tərəfdarlar arasında qısa müddətli toqquşma baş verib.
CXP-nin keçmiş sədri Özgür Özel isə binadan ayrılmayacağını bildirsə də, daha sonra öz heyəti ilə birlikdə qərargahı tərk edib.
Xatırladaq ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.
Oxşar xəbərlər
CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib
Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub
Özgür Özel CHP Qrup sədri seçilib
Kılıçdaroğlunun tələbi ilə Özgür Özel və tərəfdarları CHP mərkəzi qərargahından çıxarılıb - YENİLƏNİB-1
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
