Cevdet Yılmaz: Türkiyənin turizm gəlirləri 65,6 milyard dollara çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2026
19:00
ff aaaaaaa

Cevdet Yılmaz: Türkiyənin turizm gəlirləri 65,6 milyard dollara çatıb

30 apr, 2026
19:00
898

Cevdet Yılmaz: Türkiyənin turizm gəlirləri 65,6 milyard dollara çatıb

Türkiyənin illik turizm gəlirləri 65,6 milyard dollara çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu ölkənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında qabardıb.

"2026-cı ilin ilk rübündə illik əsasda 4,2 faiz artan turizm gəlirlərimizin illikləşdirilmiş dəyəri 65,6 milyard dollara çatıb", - o qeyd edib və ziyarətçi sayındakı artım və adambaşına düşən xərclərdəki yüksəlişin də olduğunu açıqlayıb.

C. Yılmazın sözlərinə görə, bölgədəki gərginlik Türkiyənin iqtisadi inkişafına maneə olmayıb:

"Bölgəmizdə artan geosiyasi gərginliklərə baxmayaraq, iqtisadi aktivlik üzərindəki təsirləri məhdudlaşdırmaq və dayanıqlılığımızı gücləndirmək üçün addımlarımızı qətiyyətlə atırıq. Bu çərçivədə, valyuta qazandıran xidmət ixracımızın mühüm bir tərkib hissəsi olan turizm sektorunu dəstəkləmək məqsədilə Turizm Dəstək Paketini işə saldıq və beləliklə, sektora 60 milyard lirə (1 milyard 328 milyon dollar) əlavə təminat və kredit imkanı təmin etmiş olduq".

O əlavə edib ki, cari kəsirin azaldılmasına, məşğulluğun gücləndirilməsinə və inkişafa töhfə verən sektorlar dəstəklənəcək. "Artan regional risklərə baxmayaraq, proqramımızın əsas prioritetlərindən güzəştə getmədən iqtisadiyyatımızın dayanıqlılığını gücləndirməyə davam edəcəyik", - C. Yılmaz bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul