Paşinyan: Ermənistan "kasıb qohum" statusundan qurtulmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2026
15:00
ff aaaaaaa

Paşinyan: Ermənistan "kasıb qohum" statusundan qurtulmalıdır

30 apr, 2026
15:00
847

Paşinyan: Ermənistan "kasıb qohum" statusundan qurtulmalıdır

İrəvan təsisçilərindən biri olduğu Sülh Şurasının fəaliyyətinə maliyyə töhfəsi verməyi planlaşdırır.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistanın Sülh Şurası çərçivəsində maliyyə öhdəlikləri yoxdur, iştirak könüllü xarakter daşıyır. Bununla yanaşı o, ölkənin Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə daha fəal cəlb olunmasının vacibliyini vurğulayıb.

"Heç bir maliyyə öhdəliyi yoxdur, könüllü şəkildə töhfə var. Düşünürəm ki, Ermənistan hər yerə gedib boynu bükük dayanan "kasıb qohum" statusundan çıxmalıdır. Biz imkanlarımız daxilində töhfə verməliyik. Ermənistanın heç bir öhdəliyi yoxdur, amma hesab edirəm ki, biz iştirak etməliyik və edəcəyik", - baş nazir bəyan edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul