Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2026
18:30
ff aaaaaaa

Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb

30 apr, 2026
18:30
975

Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb

Ermənistanın müdafiə və fövqəladə hallar nazirlərinin keçmiş müavini Ara Nazaryana qarşı antikorrupsiya istintaqı çərçivəsində ittihamlar irəli sürülüb.

"Sizinxeber.az" "Hraparak"a istinadən xəbər verir ki, ittiham Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində irəli sürülüb.

Nəşrin məlumatına görə, istintaq Ermənistan Müdafiə Nazirliyi tərəfindən mənzillərin təqdim edilməsi prosesi ilə bağlıdır.

Qeyd olunur ki, son illərdə Nazaryan ictimaiyyət arasında görünmür və onun indiki fəaliyyəti məlum deyil.

Ara Nazaryan 2007–2017-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini, 2017–2020-ci illərdə isə fövqəladə hallar nazirinin müavini olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul