Əraqçi Spoljarici ABŞ ilə İsrailin İrana hücumları barədə məlumatlandırıb
Əraqçi Spoljarici ABŞ ilə İsrailin İrana hücumları barədə məlumatlandırıb
İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoljaric ilə görüşündə ABŞ və İsrailin İslam Respublikasına hücumlarını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Xüsusilə məktəblər, universitetlər, təhsil, tədqiqat mərkəzləri, tarixi və mədəni obyektlərə, xəstəxanalara, həyati əhəmiyyətli və istehsal infrastrukturuna, habelə yaşayış məntəqələrinə hücumlar barədə M. Spoljarici məlumatlandırdım", - İran XİN rəhbəri vurğulayıb.
BQXK prezidenti görüş zamanı son müharibədə İran vətəndaşlarının həlak olmasından, mülki obyektlərin, xüsusən də məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin hədəf alınmasından dərin təəssüf hissi keçirdiyini diqqətə çatdırıb.
