Astana casusluqda şübhəli bilinən qazaxıstanlının işi ilə bağlı Berlindən cavab gözləyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
23:00
ff aaaaaaa

Astana casusluqda şübhəli bilinən qazaxıstanlının işi ilə bağlı Berlindən cavab gözləyir

29 apr, 2026
23:00
904

Astana casusluqda şübhəli bilinən qazaxıstanlının işi ilə bağlı Berlindən cavab gözləyir

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) respublika vətəndaşının qanunazidd fəaliyyətdə şübhəli bilinərək Berlində saxlanılması ilə əlaqədar Almaniyanın səlahiyyətli orqanlarına rəsmi sorğu göndərib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "KazTAQ" agentliyinə XİN-dən bildirilib.

Qeyd olunub ki, qurum vəziyyəti izləyir və Almaniya tərəfinin cavabını gözləyir:

"Media resurslarında Qazaxıstan vətəndaşının qanunazidd fəaliyyətdə şübhəli bilinərək Almaniyada saxlanılması barədə yayılan xəbərlə əlaqədar Almaniyanın səlahiyyətli orqanlarına rəsmi sorğu göndərilib. Hazırda cavab gözlənilir. Məsələ nazirliyin nəzarətindədir".

Daha əvvəl xarici media Rusiyanın xeyrinə casusluqda və təxribat təşkilinə cəhddə şübhəli bilinən Qazaxıstan vətəndaşının Berlində saxlanılması barədə məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul