Gürcüstan parlamenti Mamuka Mdinaradzenin dövlət naziri postuna təyinatını təsdiqləyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
18:30
ff aaaaaaa

Gürcüstan parlamenti Mamuka Mdinaradzenin dövlət naziri postuna təyinatını təsdiqləyib

29 apr, 2026
18:30
903

Gürcüstan parlamenti Mamuka Mdinaradzenin dövlət naziri postuna təyinatını təsdiqləyib

Gürcüstan parlamenti Nazirlər Kabinetinin tərkibində yeni vəzifənin təsis edilməsini nəzərdə tutan "Hökumətin strukturu, səlahiyyətləri və fəaliyyət qaydaları haqqında" qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Dəyişikliklərin lehinə 84, əleyhinə isə 10 deputat səs verib.

Qəbul edilmiş qərara əsasən, hökumətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Bu postu Mamuka Mdinaradzenin tutacağı artıq məlumdur. O, əvvəllər Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib. Mdinaradze həmçinin hökumətdə baş nazirin müavini funksiyalarını da icra edəcək.

Parlamentin sədri Şalva Papuaşvili iclasda bildirib ki, Mdinaradze artıq sabahdan vəzifəsinin icrasına başlayacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul