Rusiyada yol qəzasında 4 nəfər ölüb
Rusiyanın Samara vilayətinin Samara-Volqoqrad magistral yolunda yük maşını ilə iki minik avtomobilinin toqquşması nəticəsində azı 4 nəfər ölüb.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi teleqram kanalında məlumat yayıb.
"Çapayevsk Şəhər Prokurorluğu üç avtomobilin uğradığı yol-nəqliyyat hadisəsinin başvermə şəraitinin müəyyənləşdirilməsinə nəzarət edir. Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb", - məlumatda bildirilir.
İlkin məlumata görə, qoşqulu “KAMAZ” markalı yük maşını qarşıdan gələn hərəkət zolağına çıxıb və nəqliyyat vasitəsi “Lada Largus” markalı avtomobillə toqquşub. Bundan sonra yük maşını "Mitsubishi Outlander"lə toqquşub və onunla birlikdə küvetə (yol kənarındakı xəndək-red) düşüb. Qəza nəticəsində “Lada” və “Mitsubishi”nin sürücüləri, həmçinin sonuncunun iki sərnişini hadisə yerində ölüb.
Oxşar xəbərlər
Rusiyada 4 nəfər yol qəzasında ölüb
Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb
Rusiyada yük maşını avtobusla toqquşub, ölən və yaralılar var
Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var
Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
