Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Yekaterinburqun Lenin rayon məhkəməsi “Ura.ru” saytının redaktoru Denis Allayarovun həbs müddətini uzadıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Ura.ru” portalı məlumat yayıb.
Polis işləyən əmisinə rüşvət vermə işi üzrə təqsirli bilinən redaktor oktyabrın 4-dək istintaq təcridxanasında saxlanılacaq.
Qeyd olunub ki, təxminən iki ay ərzində istintaq onun təqsirini təsdiqləyən heç bir epizod tapmayıb. Denisin müdafiəçiləri bildiriblər ki, vəkillər, agentliyin redaksiyası, parlament partiyalarının nümayəndələri və ombudsman Tatyana Moskalkova bu qətimkan tədbirini ədalətsiz və həddindən artıq sərt hesab ediblər. Məhkəmənin yeni qərarından da apellyasiya şikayəti veriləcək
"Məni yalnız təzyiq göstərmək üçün saxlayırlar, məndən azadlığım müqabilində qohumlarımı və mənə yaxın insanlara böhtan atmağı tələb edirlər. Mən bunu etməyəcəyəm", - D.Allayarov məhkəmə qərarı elan edildikdən sonra bildirib.
O bu ilin iyun ayında saxlanılıb.
Qeyd edək ki, bu yaxınlarda “Ura.ru” nəşrinin regional redaktoru İqor Sergeyev də D.Allayarovun işi üzrə şahid qismində saxlanılıb. Daha sonra o, azadlığa buraxılıb.


width="220" alt="Yekaterinburq məhkəməsi səkkiz Azərbaycan əsilli vətəndaş barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb - YENİLƏNİB" />
width="220" alt="Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb" />
width="220" alt="Fransa məhkəməsi Pavel Durovun həbs müddətini uzadıb" />
width="220" alt="Molla rejimini təbliğ edən redaktor haqda qərar…" />
width="220" alt="Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarı qüvvədə saxlanılıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />