İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb
sizinxeber.az xəbər saytı

İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb


Tehran Şəhər Prokurorluğu İran Prezidenti Məsud Pezeşkianın karikaturasını çəkən Hadi Heydəri barəsində cinayət işi açıb.

“Sizinxeber.az” xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, Hadi Heydəri prokurorluğa çağırılıb. O, karikaturanı instaqramda dərc etdirdikdən sonra bununla bağlı qalmaqal yaranıb. Bundan sonra o, cızmaqaranı teleqram kanalında post paylaşıb.

Qeyd edək ki, həmin karikaturada Prezident Məsud Pezeşkian üzərinə “birlik” yazılmış uzunqulağı tərsinə minmiş vəziyyətdə göstərilib.

Oxşar xəbərlər

Rəsmi Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib
Pezeşkian Prezident Administrasiyasında kürəkəninə vəzifə verib
İran Prezidenti ABŞ-a səfər edəcək
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər