Ermənistan ABŞ-dəki səfirini dəyişdirməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Ermənistan ABŞ-dəki səfirini dəyişdirməyi planlaşdırır


Ermənistanın hazırkı əmək və sosial məsələlər naziri Narek Mkrtçyan ölkənin ABŞ-də səfiri təyin olunacaq.

“Report”un verdiyi məlumata görə, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən xəbər verir.

Nazir bu vəzifədə Lilit Makunçu əvəz edəcək.

KİV-in məlumatına görə, onun təyinatı ilə bağlı artıq razılıq verilib.

Əmək və Sosial Məsələlər Nazirliyinə isə Gümrü Ağsaqqallar Şurasında "Vətəndaş müqaviləsi" partiyası fraksiyasının rəhbəri Sarik Minasyan başçılıq edəcək. Martda hakim partiya onun namizədliyini Gümrü meri vəzifəsinə irəli sürsə də, seçkilərin nəticələrinə görə şəhərə Vardan Qukasyan rəhbərlik edib.

Oxşar xəbərlər

Ermənistanın ABŞ-də səfiri vəzifəsinə iki şəxsin namizədliyi nəzərdən keçirilir
Gümrü şəhərinin keçmiş merinin səs yazısının olduğu işlə bağlı cinayət işi açılıb
Sarqsyanın partiyası Paşinyana etimadsızlıq səsverməsinə başlamaq üçün baş nazir vəzifəsinə namizəd seçib
Ermənistanda seçki günü Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd oğurlanıb
Gümrü şəhərində jurnalist Lilit Agekyan həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər