Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
00:30

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib - YENİLƏNİB

24 iy, 2025
00:30
716

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib - YENİLƏNİB

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Ukrayna ərazisindən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib", - məlumatda deyilir.

Rusiyalı hərbçilər Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Onlar tezliklə öz vətənlərinə çatdırılacaqlar.

23:08

Rusiya və Ukrayna arasında qarşılıqlı 250 hərbi əsir mübadiləsi başa çatıb.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Rusiya, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 7 mindən çox əsgərinin meyitini Ukraynaya qaytarıb və az sayda meyiti təhvil alıb.

Bizimlə əlaqə saxlayın