Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
iy
2025
23:30
0
0
1 224
ff aaaaaaa

Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək - YENİLƏNİB

23 iy, 2025
23:30
1 224

Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək - YENİLƏNİB

Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verməyi də təklif edib.

22:45

İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə TASS-dakı mənbə məlumat yayıb.

"Əsas nəticə təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsidir", - agentliyin mənbəsi bildirib.

Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib.

Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq. Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu ilə bağlı qərar isə yeni razılaşmalar həyata keçirildikdən sonra veriləcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul