Rusiya və Ukrayna nümayəndə heyətlərinin tam tərkibdə görüşü başlayıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
iy
2025
22:00

Rusiya və Ukrayna nümayəndə heyətlərinin tam tərkibdə görüşü başlayıb - YENİLƏNİB

23 iy, 2025
22:00
395

Rusiya və Ukrayna nümayəndə heyətlərinin tam tərkibdə görüşü başlayıb - YENİLƏNİB

İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb.

Bu barədə "Sizinxeber.az" Türkiyə mətbuatına istinadən xəbər verir.

21:10

Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski ilə Rustem Umerov arasında təkbətək görüş keçirilir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

Görüş media üçün qapalıdır.

20:22

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.

Bizimlə əlaqə saxlayın