sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Moskvada yanğında zərərçəkənlərin sayı 10-a çatıb
Rusiya İstintaq Komitəsi Moskvanın Mıtnaya küçəsindəki yaşayış binasında baş verən yanğından sonra araşdırma aparır.
“Sizinxeber.az”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Məlumata görə, zərərçəkənlərin sayı 10-a çatıb. Nazirlik bir nəfərin həlak olduğunu təsdiqləyib. Bildirilib ki, yanğın söndürülüb. Hadisə yerinə FHN-in 34 əməkdaşı və 10 texnika cəlb edilib.
Məlumata görə, yanğın bu gün gecə baş verib və dördüncü mərtəbədəki iki mənzili və eyvanı əhatə edib. Yanğınsöndürənlər binadan 15 nəfəri təxliyə ediblər.
Oxşar xəbərlər
Vilnüsdə yanğın səbəbindən binadan 70-dən çox insan təxliyə edilib
Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Moskvada ölümlə nəticələnən yanğın söndürülüb – YENİLƏNİB 2
Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













