Milli Xristian Partiyası Paşinyanı prokurorluğa şikayət edib
sizinxeber.az xəbər saytı

Milli Xristian Partiyası Paşinyanı prokurorluğa şikayət edib


“Zartonk” milli-xristian partiyası Ermənistanın baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə verib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə partiyanın nümayəndəsi, vəkil Ara Zöhrabyan məlumat verib.

Onun sözlərinə görə, birinci ərizədə baş prokuror Paşinyanın sosial şəbəkələrdəki yazılarına diqqət yetirməyə çağırılır. Partiya hesab edir ki, hökumət başçısı hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə həbslərin həyata keçirilməsi, cinayət işlərinin açılması, dini liderlər Baqrat Qalstanyan və Mikael Acapahyan, habelə biznesmen Samvel Karapetyanın həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir.

Partiya nümayəndələri hesab edir ki, baş nazir konstitusiyada nəzərdə tutulmuş hakimiyyət bölgüsü prinsipini pozub, ədliyyə sisteminə müdaxilə edib, təqsirsizlik prezumpsiyasını pozub və bu məsələdə "Mülki Müqavilə" partiyası ona dəstək verib.

Zöhrabyan yazır ki, ikinci ərizə baş nazirin Apostol kilsəsinin fəaliyyətinə müdaxiləsi ilə bağlıdır. Partiya qeyd edir ki, Paşinyan uzun müddətdir kilsəyə təzyiq göstərir, onun normal fəaliyyətinə mane olur.

Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurma Paşinyanın sosial şəbəkələrdə son dərəcə sərt açıqlamalar verməsindən və dini liderlərə qarşı ittihamlar səsləndirməsindən sonra kəskinləşib. Daha sonra o, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, bu prosesdə dövlətin həlledici rol oynayacağını irəli sürüb.

Oxşar xəbərlər

Sarqsyanın partiyası Paşinyana etimadsızlıq səsverməsinə başlamaq üçün baş nazir vəzifəsinə namizəd seçib
Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanılıb
Ermənistanda müxalifət Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edib
Ermənistanın adı qalmaqalda hallanan deputatı hakim partiyadan qovulub
Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle