Rusiya DİN: “Baza” Telegram-kanalına məlumat ötürən polislər saxlanılıb
sizinxeber.az xəbər saytı

Rusiya DİN: “Baza” Telegram-kanalına məlumat ötürən polislər saxlanılıb


Rusiyada xidməti məlumatları üçüncü şəxslərə ötürən polis əməkdaşları saxlanılıb.

“Sizinxeber.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk sosial şəbəkələrdə məlumat verib.

"Rusiya DİN-in əməliyyatçıları daxili işlər orqanlarının ərazi bölmələrinin bir neçə əməkdaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Saxlanılanlar xidməti vəzifələrinin icrası çərçivəsində onlara məlum olan məlumatları üçüncü şəxslərə ötürüblər", - o qeyd edib.

Hüquq-mühafizə orqanlarında bildirilib ki, söhbət məlumatların “Baza” Telegram-kanalının əməkdaşlarına ötürülməsindən gedir.

Oxşar xəbərlər

Rusiya Xarici Kəşfiyyat Xidməti: Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edirik
Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb
Baş Prokurorluğun idarə rəisi: Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb
Rusiyada miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər