Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı: Təhlükəsizliyimizə təhdid olsa, müdaxilə edəcəyik
sizinxeber.az xəbər saytı

Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı: Təhlükəsizliyimizə təhdid olsa, müdaxilə edəcəyik


Təhlükəsizliyinə təhdid olarsa, Türkiyə müdaxilə edəcək.

“Report” Türkiyə KİV-in istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı bildirib.

“Buradan Suriyadakı qruplara xəbərdarlıq edirəm: bu cür xaosları özünüz üçün taktiki fürsətlər bilməyin”, nazir qeyd edib.

O vurğulayıb ki, başqasının ortaya qoyduğu bir oyundan fayda olmayacağı unudulmasın:

“Aid olduğunuz torpaqların şərəfli, bərabər, güvən içində yaşayan fərdləri olmağı hədəfləyin. Xaosdan muxtariyyət, müstəqillik çıxarmağa çalışan və bunun üçün də hər şeyi yandırıb yıxmağa hazır olan bir perspektivdə olmayın”.

Hakan Fidan bildirib ki, diplomatiya yolu ilə danışılacaq çox şey var:

“Ancaq bunun qarşısına keçib, zorakılıqdan istifadə edərək bölgədə sabitliyi pozsanız, biz bunu öz milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib, müdaxilə edərik”.

Oxşar xəbərlər

Hakan Fidan: Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur
Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir
Hakan Fidan Suriyadakı münaqişələrə qısa zamanda son qoymağa çağırıb
Hakan Fidan: Qruplaşmalar Suriyanı bölməyə çalışsa, müdaxilə edəcəyik
Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər