sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycandan I yarımildə Qazaxıstana 49 min ölkə vətəndaşı səfər edib
Bu ilin I yarısında 48 714 Azərbaycan vətəndaşı Qazaxıstana səfər edib.
Bu barədə "Sizinxeber.az"un yerli bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 299 nəfər və yaxud 2,7 % çoxdur.
"Yanvar-iyun aylarında Qazaxıstanı 48 479 Azərbaycan vətəndaşı tərk edib, 2024-cü ilin eyni dövründə bu rəqəm 47 552 nəfər olub", - qurumdan əlavə ediblər.
Müvəqqəti daxili işlər naziri vəzifəsini icra edən Baurjan Alenovun məlumatına görə, I yarımildə Qazaxıstana 7,5 milyon əcnəbi daxil olub, 7,2 milyon nəfər isə ölkəni tərk edib.
Oxşar xəbərlər
Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 32 % artıb
Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub
Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı 10 min nəfərə yaxınlaşıb
Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 33 %-dən çox artıb
Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 30 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













