Rusiya və Ukrayna İstanbulda sülh nizamlanması haqqında layihələri müzakirə edəcəklər
sizinxeber.az xəbər saytı

Rusiya və Ukrayna İstanbulda sülh nizamlanması haqqında layihələri müzakirə edəcəklər


Rusiya və Ukraynanın bir-birinə təqdim etdiyi sülh nizamlanması haqqında memorandum layihələri iki ölkə arasında birbaşa danışıqların üçüncü raundunun əsas mövzusu olmalıdır.

“Sizinxeber.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"Danışıqların mövzusu kifayət qədər mürəkkəbdir: digər məsələlərlə yanaşı, ikinci raund zamanı mübadilə edilmiş həmin memorandum layihələri də müzakirə olunmalıdır", - o qeyd edib.

D.Peskovun sözlərinə görə, Rusiya tərəfi İstanbul danışıqlarından irəliləyişlər gözləmir.

"Ukrayna nizamlanması mövzusu o qədər mürəkkəbdir ki, həlak olanların meyitlərinin qaytarılması və ya mübadilələr barədə razılaşmaların əldə edilməsi artıq bir nəticədir. Hər hansı bir irəliləyiş gözləmək üçün heç bir əsas yoxdur. İndiki vəziyyətdə bunun mümkün olması ehtimalı azdır", - o vurğulayıb.

Oxşar xəbərlər

Peskov: Rusiya və Ukrayna memorandum layihələrini müzakirə edəcək
Peskov: İstanbuldakı Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Ukrayna məsələsi müzakirə olunmur
Peskov: İstanbul razılaşmaları Ukrayna münaqişəsinin həlli üçün əsas ola bilər
Rusiya sülh nizamlanması üzrə memorandum layihəsini Kiyevə hələ təqdim etməyib
Kreml: Moskva Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində işi tamamlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər