Rusiyaya girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısı genişləndirilib
sizinxeber.az xəbər saytı

Rusiyaya girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısı genişləndirilib


Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiyalar paketinə cavab olaraq ölkə ərazisinə girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısını genişləndirib.

“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi Avropa institutlarının, Avropa İttifaqına üzv ölkələrin və Brüsselin anti-Rusiya siyasətinə qoşulan bir sıra Avropa dövlətlərinin Rusiya ərazisinə girişi qadağan edilən nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib", - məlumatda bildirilib.

Söhbət Kiyevə hərbi yardım göstərilməsinə görə məsuliyyət daşıyan, Ukraynaya ikili təyinatlı məhsulların tədarükünün, eləcə də Baltik dənizində Rusiya gəmilərinin və yüklərinin hərəkətinin blokadasının təşkilində iştirak edən güc qurumlarının, dövlət və kommersiya təşkilatlarının əməkdaşlarından, Avropa İttifaqının üzvü olan ölkələrin və bir sıra digər Qərb dövlətlərinin vətəndaşlarından gedir.

RF XİN vurğulayıb ki, Avropa İttifaqının sonrakı sanksiya qərarlarına da vaxtında və adekvat cavab veriləcək.

Oxşar xəbərlər

KİV: ABŞ bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək
İsveçrə Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə qismən qoşulub
Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə 150 tanker daxil ediləcək
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib
Belarus idxalı və satışı qadağan edilən malların siyahısını genişləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər