Erməni arxiyepiskop deputat və məmurlarla bağlı məhkəməyə müraciət edib
sizinxeber.az xəbər saytı

Erməni arxiyepiskop deputat və məmurlarla bağlı məhkəməyə müraciət edib


Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan bir qrup şəxsə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət edib.

“Sizinxeber.az”un erməni KİV-inə istinadən verdiyi məlumata görə, onların arasında siyasətçilər, məmurlar və ictimai xadimlər var.

Din xadimi ən böyük kompensasiyanı deputat Vaaqn Aleksanyandan - 9 milyon dram (təxminən 23 min dollar) tələb edir.

Səhiyyə naziri Anait Avanesyan, "Respublika" partiyasının lideri Aram Sarkisyan və onun partiya yoldaşları Ani Xaçatryan və Hayk Saakyan hər biri 3 milyon dram (7500 dollar) tələb olunur. İctimai xadimlər Arutyun Mkrtçyan və Stepa Safaryana qarşı da məhkəməyə müraciət edilib.

Oxşar xəbərlər

Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib
Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb
İcma arxiyepiskop Baqrat Qalstanyanın qərbi azərbaycanlılar barədə bəyanatına cavab verib
Köçəryan Paşinyan və Simonyanı məhkəməyə verib
Ermənistanda prokurorluq keçmiş baş qərargah rəisindən 11 milyon dollar ödəməyi tələb edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər