Türkiyə Prezidenti: YPG hər an mövqeyini dəyişə bilər
YPG-nin (PKK-nın qollarından biri) mövqeyi hər an dəyişə bilər.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyə terrordan xilas olmaq üçün lazımi bütün addımları atmağa davam edir:
"Prosesin təxribatlardan təsirlənməməsi üçün məsələni diqqətlə izləyirik. "Terrorsuz Türkiyə hədəfimizi pozacaq bütün təxribat və strukturlara qarşı ayıq-sayıqıq. Bildiyiniz kimi, tərksilah prosesi başlayıb. Bildiyim qədər komissiya ilə bağlı müzakirələr son mərhələyə çatıb. Tezliklə parlament səviyyəsində irəliləyişin şahidi olacaqsınız. Biz terrordan azad bir gələcək qurmaq əzmindəyik".
R.T.Ərdoğan vurğulayıb ki, regionda baş verən hadisələr atılan bu addımın doğruluğunu sübut edir:
"İmralı bu məsələdə hər cür dəstəyi verib və verməkdədir. Məsələnin bu mərhələsi həlledicidir. Çünki YPG-nin mövqeyi hər an dəyişə bilər".
Oxşar xəbərlər
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
Türkiyənin ədliyyə naziri: Terrordan tamamilə xilas olmaq ərəfəsindəyik
Ərdoğan: Aİ-yə üzvlük yolunda Türkiyəyə qarşı siyasi baryerlər təcili aradan qaldırılmalıdır
Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik
Fəxrəddin Altun: Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













