sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə çoxsaylı vətəndaşlıq institutunun tətbiqi haqqında qanunu imzalayıb.
Bu barədə "Report" Ukrayna KİV-nə istinadən xəbər verir.
Bildirilib ki, müəyyən şərtlər daxilində ukraynalılar eyni zamanda iki və ya daha çox ölkənin vətəndaşlığına sahib ola biləcəklər.
Bundan əlavə, digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ təmin edilir.
Yeni qanun Ukraynada hərbi xidmət keçən əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurunu sadələşdirir, həmçinin öz ölkələrində siyasi səbəblərdən təqib olunan şəxslərə Ukrayna vətəndaşlığı hüququ verilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Ukrayna Prezidenti Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu imzalayıb
Ukraynada hərbi vəziyyət və səfərbərlik yenidən uzadılıb
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Əcnəbilər Ukrayna ordusunda zabit kimi xidmət edə biləcəklər
Əcnəbilər Ukrayna ordusunda zabit kimi xidmət edə biləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













