Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Ermənistan dövlətçiliyi, təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstünü açan güc strukturlarının əməkdaşları dövlət mükafatlarına təqdim edilməlidirlər.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Dövlətçiliyimizə, Ermənistanın təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstü açılıb və bu planın həyata keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə strukturlarımızın bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm", - o qeyd edib.
Baş nazir həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla bu planın ifşa edilməsində fəal iştirak edən hüquq-mühafizə strukturlarının bütün nümayəndələrinin dövlət mükafatlarına təqdim edilməsi məsələsini müzakirə etdiyini bildirib.
Oxşar xəbərlər
Paşinyan Azərbaycanla protokolun imzalanmasını böyük uğur adlandırdı
Ermənistanın Baş naziri ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
Ermənistanın baş naziri: Dörd kəndin Azərbaycana qaytarılmasına qarşı deyilik
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
Paşinyan İranın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













