Haqqımızda Reklam
ru
16 
in
2025
07:30

Rusiyanın Vladimir vilayətində avtomobil qəzasında üç nəfər ölüb

16 in, 2025
07:30
251

Rusiyanın Vladimir vilayətində avtomobil qəzasında üç nəfər ölüb

Rusiyanın Vladimir vilayətində M-7 “Volqa” yolunda iki minik avtomobili, "Renault" miniveni və avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsidnə üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin region üzrə DİN İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qəza bazar ertəsi günü Moskva vaxtı ilə təxminən 01:25-də (Bakı vaxtı ilə 02:25) Vyazniki rayonunda M-7 “Volqa” federal avtomobil yolunun 290-cı kilometrində baş verib, avtobus Çeboksarı – Moskva marşrutu ilə hərəkət edirdi.

“Saat 03:30-a olan məlumata görə, üç nəfərin həlak olduğu və yeddi nəfərin xəsarət aldığı (avtomobillərdə və minivenda olublar) bildirilir”, – məlumatda qeyd olunub.

Qəza yerində Dövlət Yol Polisi və istintaq-əməliyyat qrupunun əməkdaşları işləyir, qəzanın təfərrüatları araşdırılır.

Bizimlə əlaqə saxlayın