Haqqımızda Reklam
ru
15 
in
2025
16:30

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb

15 in, 2025
16:30
377

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb

Türkiyə Boğaziçi və Çanaqqala boğazlarından gəmilərin keçidinin qiymətini iyulun 1-dən 15% artaraq hər xalis ton üçün 5,83 dollara qaldırıb.

"Sizinxeber.az" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, dövlət rüsumları ekoloji təhlükəsizliyi yaxşılaşdırmaq və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi üçün istifadə ediləcək.

Nazir xatırladıb ki, bu artım 2022-ci ildən bəri dördüncü olacaq.

Gəmilərin keçid dəyəri 2022-ci ilə qədər demək olar ki, 40 il ərzində dəyişməz qalıb. Məbləğ 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanıb. Bu sənəd boğazlar ərazisində gəmiçiliyi tənzimləyir. 2024-ci ilin oktyabr ayında bu prosedur dəyişdirilib və tarif 5,07 dollara qədər artırılıb.

Bizimlə əlaqə saxlayın