sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə 39 nəfər qidadan zəhərlənib
Türkiyənin Amasya şəhərində 39 nəfər şənlik mərasimində qidadan zəhərlənib.
Bu barədə “Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gün axşam saatlarında, Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb. Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.
Zərərşəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Türkiyədə qidadan zəhərlənənlərin sayı 133 nəfərə çatıb - YENİLƏNİB
Türkiyədə 53 şagird qidadan zəhərlənib
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Türkiyədə 17 şagird qidadan zəhərlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













