19
iy
2026
01:25
yuxarı
Livanda partlayış: hərbçi həlak oldu
Livanda partlayış: hərbçi həlak oldu
Livanın cənubundakı Mənsuri qəsəbəsində hərbi avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində livanlı hərbçi həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı bir zabit və bir əsgər də yaralanıb.
İlkin araşdırma nəticəsində partlayıcı qurğunun İsrail ordusuna məxsus olmadığı müəyyən edilib.
