Bu müharibə bizim üçün fəlakətdir - Əfşar Süleymani » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2026
12:47
ff aaaaaaa

Bu müharibə bizim üçün fəlakətdir - Əfşar Süleymani

16 iy, 2026
12:47
610

Bu müharibə bizim üçün fəlakətdir - Əfşar Süleymani

Təəssüf ki, Məsud Pezeşkian hökumətinə qarşı edilən çıxışlarda və səsləndirilən şüarlarda rasionallıq, realizm, praqmatizm və milli maraqların, beynəlxalq sistemin və İranın daxili vəziyyətinin düzgün qiymətləndirilməsi görünmür.

Axar.az xəbər verir ki, bunu İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Əfşar Süleymani deyib.

“Hazırkı müharibə davam edərsə, bu, ölkənin və xalqın bütövlüyü, müstəqilliyi və milli suverenliyi üçün mütləq böyük bir fəlakətlə nəticələnəcək. Səhv hesablamalar və strateji yanlışlar milli maraqlara ziddir və İranın milli təhlükəsizliyi prioritetinin əksinədir”, - o əlavə edib.

Süleymani ölkədə böyük biznes şəbəkəsinə nəzarət edən və İranda hazırkı hökumətə müxalifətdə olan radikal siyasi cərəyan başçılarının gərginlikdə maraqlı olduqlarına işarə edib:

“Şirkətlər şəbəkəsinin səhmdarlarının, hökumətin daxili mafiyasının və onların qollarının, eləcə də onların başında duran “Paydari” siyasi təriqətinin adları tarixdə vətən xaini kimi qalacaq, onlar bir gün Tanrı və xalq qarşısında mühakimə olunacaqlar”.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul